Gömrük Komitəsi dövlət büdcəsinə nə qədər vəsait köçürüb?

Azərbaycan Respublikasının 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən 2024-cü ilin 6 (altı) ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 252,19 milyon manat proqnoza qarşı 3 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub və büdcə öhdəliyi 100% icra olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsum və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8% təşkil edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.