Britaniya Rusiyanın nüvə silahlarını vura biləcək raketlər yaratmaq istəyir

Böyük Britaniya 3200 kilometr məsafədə uzqa mənzilli raketlərin yaradılması imkanını nəzərdən keçirir. Ehtimal olunur ki, bu raketlər Rusiyanın nüvə silahlarını məhv etmək üçün istifadə edilə bilər.

Azpost.info bildirir ki, Britaniyanın “The Times” qəzeti diplomatik mənbəyə istinadən yazıb.

“Britaniya Rusiyadan atılan nüvə silahlarını məhv edə biləcək uzaqmənzilli raketlərin yaradılması imkanını nəzərdən keçirir”, – nəşr yazır.

Qəzetin mənbəsinin sözlərinə görə, Britaniya Almaniya ilə birlikdə bu raketləri hazırlaya bilər.

Eyni zamanda, Rusiya tərəfi nüvə silahından yalnız müdafiə məqsədilə istifadə edə biləcəyini dəfələrlə qeyd edib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiyanın nüvə silahından istifadə etməsi milli təhlükəsizlik konsepsiyası ilə tənzimlənir.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.