İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb

Pensiya
Pensiya

Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Azpost.info-ya verilən xəbərə görə, bundan əvvəl – iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.