Bakıda uşaq bağçalarına qəbul başlanır

İyulun 26-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbula başlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bağça seçiminə 4-5, 5-6 və 3-6 yaş qrupu üçün saat 11-dən, 1-2, 2-3, 3-4 və 1-3 yaş qrupu üçün isə saat 3-dən etibarən start veriləcək.

Bildiririk ki, qeyd edilən boş yerlər üzrə növbələr 5 gün keçdikdən sonra sorğuya çevriləcək.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.