Mərkəzi Bank rəqəmsal valyuta buraxacaq?

Mərkəzi Bankın rəqəmsal valyuta buraxmaq planı yoxdur.

Bunu Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

“Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı digər ölkələrin təcrübəsini araşdırır. Çünki rəqəmsal valyuta üçün istifadə olunan texnologiya çox vacibdir”, – deyə T.Kazımov qeyd edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.