İsveç Livanın paytaxtı Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayır.
Azpost.info xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Tobias Billström bildirib.
Onun sözlərinə görə, işçilərdən Kiprə getmələri istənilib.
İsveçin Beyrutdakı səfirliyində altı əməkdaş çalışır. Billström onların Livanı necə, nə vaxt və nə qədər müddətə tərk edəcəklərini açıqlamayıb. Ehtimal olunur ki, söhbət avqust ayından gedir, lakin təhlükəsizlik şəraitindən asılı olaraq bu müddət uzadıla bilər.
Azpost.info