Bu il əcnəbilər Azərbaycanda bank kartları ilə 1.2 mlrd. manatlıq əməliyyat aparıblar

Bank kartı
Bank kartı

2024-cü ilin yanvar-iyun ayları ərzində banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1 milyard 204.3 milyon manat, yalnız iyun ayında isə 221.9 milyon manat dəyərində əməliyyatlar aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edək ki, bu göstəricinin həcmi 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 20.4%, iyun ayı ilə müqayisədə isə 49.3% çoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.