Bu gecə Bakıda döyülən gənc qızın son durumu açıqlanıb

Avqustun 9-da saat 00:45-də 2006-cı il təvəllüdlü (qadın cinsli) şəxs xəsarət alması səbəbilə Sabunçu Tibb Mərkəzinə müraciət edib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ çiynin kəsilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti kafi olaraq qiymətləndirilib.

Hadisə Sabunçu rayonu Qanbay Vəzirov küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı küçədə aralarında orta yaşlı kişi və qadının olduğu bir qrup tərəfindən döyülüb.

18 yaşlı qız aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Fakt araşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.