Bu gün peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatır

12 avqust saat 18:00-dan etibarən 2024/2025-ci tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 29 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 27269 nəfərdən 87656 müraciət daxil olub.

Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.

Müsabiqə nəticələrinin 17 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, www.portal.edu.az platformasındakı “şəxsi kabinet” bölməsində də yer alacaq.

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 27 avqust- 3 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.