3 il ərzində 37 mindən çox şəxsə təhsil tələbə krediti verilib

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günə qədər 48751 nəfər təhsil tələbə krediti almaq üçün müraciət edib.

Fonddan  verilən xəbərər görə, onlardan 9914 nəfərin müraciətinə imtina verilib.

37822 tələbəyə isə təhsil tələbə krediti verilib. Onlardan 12937-si sosial təhsil tələbə krediti olub və onlara bir sıra güzəştlər edilib.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu 2021-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.