Rusiya ordusu Kursk vilayətində bir kənd üzərində nəzarəti bərpa edib

Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Krupets kəndi üzərində nəzarəti bərpa edib.

Azpost.info bildirir ki, bu barədə nazirliyin rəsmi açıqlamasında bildirilir.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri bir gündə 340-a qədər hərbçi itirib. Bölgədəki bütün döyüş əməliyyatları ərzində ümumi itkilər 2640 hərbi qulluqçu təşkil edib.

Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinovun sözlərinə görə, Rusiya hərbçiləri Martınovkanı Ukrayna Silahlı Qüvvələrindən təmizləyiblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sərhədyanı rayonların sakinlərinin əksəriyyəti köçürülüb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.