Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumundan faydalanan ABŞ və onun NATO üzrə müttəfiqləridir.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev bildirib.
O qeyd edib ki, blok ölkələri Kiyevi silahlar və hərbi təlimatçılarla doldurublar.
“Daimi əsasda Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərinə nəzarət edir, onları kəşfiyyat məlumatları ilə təmin edirlər. Kursk vilayətində əməliyyat həm də NATO və Qərb kəşfiyyat xidmətlərinin iştirakı ilə planlaşdırılıb”, – Patruşev deyib.
Patruşev ABŞ rəhbərliyinin bu hərəkətlərdə iştirak etməməsi ilə bağlı bəyanatlarının reallığa uyğun olmadığını qeyd edib: “Dövlətlər bir şey deyir, başqa bir şey edir. Onların iştirakı və birbaşa dəstəyi olmasaydı, Kiyev Rusiya ərazisinə daxil olmaq riskinə girməzdi”.
Azpost.info