“Rusiyada yeni səfərbərlik müzakirə olunmur”.
Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Şərq İqtisadi Forumu çərçivəsində deyib.
Belə müzakirələr aparılmır”, – Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, daha çox insan xüsusi əməliyyatda iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq istəyir.
Avqustun sonunda Ukrayna və Qərb resursları növbəti dəfə payızda Rusiyada gizli səfərbərliyin elan oluna biləcəyi barədə məlumat yayıb. Onun miqyasına görə əvvəlkini üstələyə biləcəyi qeyd edilib. Yayılan məlumatlarda deyilirdi ki, Rusiya hakimiyyəti yarım milyondan çox insanı səfərbər etməyə hazırlaşır.