Rusiya prezidenti Vladimir Putin Telegram-ın yaradıcısı Pavel Durovla cəmi bir dəfə görüşdüyünü bildirib.
Azpost.info bildirir o bunu Şərq İqtisadi Forumunda bildirib. Putinin sözlərinə görə, bu görüş uzun illər əvvəl Moskvada olub. Proqramçı biznesin inkişafı ilə bağlı planlarından danışıb.
Putin həmçinin qeyd edib ki, Durovun Bakıda olmasından xəbəri olmayıb və onunla Azərbaycanda görüşməyib. Putinin sözlərinə görə, Rusiya hakimiyyətinin digər ölkələrdən fərqli olaraq, Durova qarşı heç bir iddiası yoxdur