Azərbaycanın daha bir üzgüçüsü bürünc medal qazanıb-Yay Paralimpiya Oyunlar

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışının final mərhələsində çıxış edib. O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 3 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.