Xankəndində ilk toy çalınır –VİDEO

Xankəndində ilk toy çalınır.

Azpost.info bildirir ki, bununla bağlı görüntülər paylaşılıb.

Bu gün jurnalist Kərim Kərimlinin oğlu, gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toyudur. Onun Rəvanı adlı xanımla toy mərasimi Xankəndidəki “Meydan” restoranında keçirıləcək.

Qeyd edək ki, bu gün evlənən Fərhad Kərimli bir müddət öncə hərbi xidmətini başa vurub. O, tanınmış jurnalist Kərim Kərimlinin oğludur. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər.

Kərim Kərimli bu ilin mayında Şuşaya köçüb. Onun ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.