İsrail “Hizbullah”ın hədəflərinə irimiqyaslı zərbələr endirməyə başlayıb

İsrail ordusu Livanda “Hizbullah” hərəkatının hərbi hədəflərinə yeni irimiqyaslı hücum dalğasının başladığını elan edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri hazırda Livandakı “Hizbullah” terror qruplaşmasının hədəflərinə irimiqyaslı zərbələr endirir”, – deyə məlumatda bildirilir.

Məlumatda yeni hücum dalğası ilə bağlı təfərrüatların daha sonra təqdim ediləcəyi bildirilir.

Qeyd edək ki, bir nüçə gün öncə məsələ ilə bağlı açıqlama verən ölkənin baş naziri Benyamin Netanyahu İsrailin “Hizbullah”a zərbələrini davam etdirəcəyini açıqlamışdı.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.