ABŞ Prezident Administrasiyası Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ABŞ lideri Co Baydenin Nyu-Yorkda təşkil edəcəyi qəbula dəvətini ləğv edib.
“Sputnik – Qruzia”nın məlumatına görə, söhbət Nyu-Yorkda dünya liderləri və BMT məmurları üçün təşkil edilən ənənəvi qəbuldan gedir.
Məlumata görə, bununla yanaşı, Bayden administrasiyası Gürcüstan nümayəndə heyəti və Kobaxidze ilə bütün görüşlərdən də imtina edib.