Rusiya 31 hava limanını dron hücumundan qoruyacaq- 11 milyard xərcləyəcək

Rusiya hökuməti dövlət və özəl hava limanlarını dron hücumlarından qorumaq üçün yaxın iki ildə 11 milyard rubl xərcləməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu “İnfrastrukturun inkişafı, təhlükəsizliyin təmin edilməsi və pilotsuz təyyarə sistemləri üçün ixtisaslaşdırılmış sertifikatlaşdırma sisteminin formalaşdırılması” federal layihəsinin yenilənmiş versiyasından məlum olur.

Sənədə əsasən, 2028-ci ilə qədər Rusiyanın 31 iri hava limanı dron əleyhinə müdafiə sistemləri ilə təchiz edilməlidir. Söhbət federal mülkiyyətdə olan 20, özəl mülkiyyətdə olan 11 hava limanından gedir. Lakin bu vəsaiti alacaq hava limanlarının konkret siyahısı verilmir.

Plana görə, gələn il federal mülkiyyətdə olan “I kateqoriyalı hava nəqliyyatı infrastrukturu obyekti kimi təsnif edilən” bir aerodrom dronlardan qorunmalıdır. Bunun üçün 966 milyon rubl ayırmağı planlaşdırırlar. 2026-cı ildə daha 10 belə hava limanını qorumaq üçün təxminən 9,7 milyard rubl ayrıla bilər. Qalan 20 hava limanının maliyyələşdirilməsi dəqiqləşdirilməyib.

Layihənin nəticələrinə əsasən, hakimiyyət federal hava limanlarının dron əleyhinə müdafiə ilə təchizatını 2025-ci ildəki 3 faizdən 2030-cu ildə 100 faizə çatdırmağı gözləyir.

Hazırda Rusiyanın bəzi hava limanları artıq Soçi hava limanı kimi pilotsuz uçuş aparatları ilə təchiz olunub və ya Domodedovo kimi pilotsuz uçuş əleyhinə sistemləri sınaqdan keçirir.

Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Rusiyanın 31 hava limanı birinci kateqoriyaya (onların arasında Vnukovo, Domodedovo, Şeremetyevo), daha 21-i ikinci kateqoriyaya malikdir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.