“Ölkəni qarşıdan gələn seçki kampaniyası ilə bağlı çətin günlər gözləyir. Ölkədən “qaçaq” düşmüş belaruslar ekstremal varianta – Belarus ərazisinə silahlı müdaxiləyə əl ata bilər”
Azpost.info “Belarus seqodniya”ya istinadən xəbər verir ki, bu sözləri prezident Lukaşenko bildirib.
““Bizim haqlı olduğumuzu sübut edəcək kifayət qədər faktlarımız var. Ona görə də aparıcı telekanallarımızda, mətbuatda, internetdə jurnalistlərin dedikləri hər şey doğrudur. Onların sonuncu variantı Belarus ərazisinə silahlı basqındır”-deyə dövlət başçısı qeyd edib.
Lukaşenko ölkədən xaricdə olan müxalifətə işarə edərək deyib ki, onlar üçün təsirli vasitə silahlı üsyandır: “Ukraynanın Kursk vilayətində etdiyi kimi Belarus ərazisinə soxulmaq, ərazinin bir hissəsini ələ keçirmək, ölkədə sabitliyi pozmaq. Ona görə də məhsul yığımı və digər iqtisadi məsələlərlə yanaşı, mən ölkəmizin müdafiə qabiliyyətinə böyük diqqət yetirməliyəm”, – Lukaşenko bildirib.