İsrail özünü müdafiə etmək və HƏMAS-la hərbi yolla mübarizə aparmaq hüququna malikdir, lakin beynəlxalq hüquqa hörmət etməlidir.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək və hərbi yolla mübarizə aparmaq hüququ var. Eyni zamanda, bütün meyarlara, məsələn, beynəlxalq hüquqa hörmət edilməlidir ki, humanitar yardım Qəzzaya çatsın və müharibə daha da gərginləşməsin”, – Şolts bildirib.
“Perspektiv aydındır: İordan çayının qərb sahilində və Qəzzada israillilər və fələstinlilərin bir-biri ilə dinc yaşaya bilməsi və yaxşı gələcəyə malik olması üçün iki dövlətli həll lazımdır”, – kansler deyib.
Azpost.info