“Şimali Koreya Rusiya tərəfində döyüşmək üçün Ukraynaya qoşun göndərsə, bu, münaqişəni əhəmiyyətli dərəcədə gərginləşdirəcək”.
Azpost.info Reuters-ə istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte deyib.
Rutte bildirib ki, o, Cənubi Koreya prezidenti Yun Sok Elem ilə alyansın Seul ilə sıx tərəfdaşlığı barədə müzakirələr aparıb. Diqqəti müdafiə və sənaye sahəsində əməkdaşlıq və Avro-Atlantik və Hind-Sakit okean regionlarının bir-biri ilə əlaqəli təhlükəsizliyinə yönəldib.
Xatırladaq ki, Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Ukraynaya qarşı müharibəyə göndərilmək üçün Rusiyanın şərqində 11 minə yaxın Şimali Koreya piyadası hazırlanır. Onlar noyabrda döyüşə başlayacaqlar.