BRICS ölkələrinin liderləri Kazanda keçirilən sammitin yekun bəyannaməsini qəbul ediblər.
Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, BRICS sammitinin yekun bəyannaməsində dünyada vəziyyətin ümumi qiymətləndirmələri və uzunmüddətli perspektivdə hədəflər yer alıb.
Rusiya dövlət başçısı qeyd edib ki, bu sənədin BMT-də yayılması planlaşdırılır.