Kamala Harris Trampı faşist adlandırıb

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçki yarışında rəqibi Donald Trampı faşist hesab etdiyini deyib.

O, bunu CNN telekanalına müsahibəsi zamanı səsləndirib.

“Bəli, mən onu faşist hesab edirəm. Mən həmçinin bu məsələdə onu ən yaxşı tanıyanlara etibar etmək lazım olduğunu düşünürəm. Sən, onların karyerasına bax.”, – deyə Harris bildirib.

Ağ Evin mətbuat katibi Karin Jan-Piyer ABŞ prezidenti Co Baydenin də Trampı faşist hesab etdiyini təsdiqləyib.

Qeyd edək ki, Trampı əvvəllər, xüsusən də ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəisi Mark Milley və Ağ Ev qərargahının keçmiş rəhbəri, istefada olan general Con Kelli belə adlandırıb.

Onların hər ikisi Trampın rəhbərliyi altında çalışsalar da, sonra qəfil onunla yollarını ayırıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.