İsrail İrana hücum etmək niyyəti barədə Vaşinqtonu zərbələrdən bir neçə saat əvvəl məlumatlandırıb.
Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, bu barədə ərəb və Avropa ölkələri vasitəsilə İrana da məlumat verilib.
Tehrana verilən məlumatda İsrailin potensial zərbə hədəfləri haqqında bilgi və İranın qisas alacağı təqdirdə gələcəkdə daha güclü hücumlar olacağı barədə xəbərdarlıq da var.
Nəşr onu da qeyd edir ki, İsrail Baş naziri Benyamin Netanyahu bu ayın əvvəlində ABŞ prezidenti Co Baydenlə telefon danışığında İrana zərbə endirmək planlarını müzakirə edib.
Azpost.info