Rusiya prezidenti Vladimir Putinin BMT Baş katibi Antonio Quterreşin Qara dənizdə daşımalarla bağlı təşəbbüsünə baxıb-baxmayacağı məlum deyil.
Azpost.info xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərin bu sualına cavab verməyib.
“Bu, qapalı görüş idi, ona görə də bu barədə heç nə deyə bilmərəm”, – Peskov deyib.
Quterreşin Qara dənizdə daşımaların bərpası ilə bağlı oxşar təklifi 2022-ci ilin iyulunda təqdim edilib, lakin Moskvanın Rusiya ərzaq və gübrələrinin ixracının asanlaşdırılmasına dair tələbi yerinə yetirilmədiyi üçün onu həyata keçirmək mümkün olmayıb.
Azpost.info