İranda “Motorolla” satışına qadağa qoyulub

Livanda rabitə qurğusu “peycer” partlamalarından sonra İrana “Motorolla” mobil telefonlarının idxalı və ölkədə satışı qadağan olunub.

Bu barədə İran KİV-i yazıb.

Qeyd edək ki, İranın sənaye, mədən və ticarət nazirinin müavini Məhəmməd Mehdi Bəradəran bundan öncə bildirmişdi ki, “Motorolla” mobil telefonlarının ticarət-iaşə obyektlərində satışının qarşısı alınacaq.

Bildirilir ki, “Motorolla” mobil telefonlarının İran bazarında payı azdır və bu qadağa bazara ciddi şəkildə təsir göstərməyəcək.

Son vaxtlar İran parlamentinin deputatları da İranın Rabitə Nazirliyindən “Motorolla” məhsullarının idxalına qadağa qoymasını istəyiblər(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.