Emmanuel Makronun reytinqi 2017-ci ildə prezident seçildikdən sonrakı dövr üçün ən aşağı səviyyəyə düşüb.
Azpost.info xəbər verir ki, bunu “Verian-Epoka” sosioloji xidmətinin “Le Figaro” jurnalı üçün keçirdiyi sorğunun nəticələri ortaya qoyur.
Respondentlərin cəmi 17 faizi Fransa liderinin fəaliyyətini bəyənir, 78 faizi isə narazıdır.
Nəşr yazır ki, Makronun populyarlığının azalması aktiv siyasi həyatdan uzaqlaşdığı bir vaxtda baş verir. Belə ki, Mişel Barnier respublikanın baş naziri təyin edildikdən sonra Makron hökumətin qərarlarına heç bir təsir göstərməyib.
Bunun fonunda sağçı “Milli mitinq” partiyasının lideri Cordan Bardel (40 faiz) və onun parlament fraksiyasının rəhbəri Marin Le Penin (39 faiz) populyarlığı artır.
Azpost.info