Britaniya Kraliçasında ağciyər infeksiyası aşkarlanıb

Britaniya kralı III Çarlzın həyat yoldaşı Kraliça Kamillada ağciyər infeksiyası aşkarlanıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Bukingem Sarayından verilən açıqlamada Kamillanın tam olaraq nədən xəstə olduğu açıqlanmayıb.

Ağciyər infeksiyası ən çox pnevmoniya və bronxit xəstəliklərində olur.

Kraliça evdə müalicə olunacaq. Xəstəliyə görə o, planlaşdırılan bütün tədbirlərdə iştirakını ləğv edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.