Zelenski ilə Tramp arasında telefon söhbəti olub- AÇIQLAMA

Ukrayna prezidenti Vladimir Zelenski ilə Donald Tramp arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, bu barədə Zelenski “X”-də paylaşım edib.

Ukrayna lideri Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

“Bizim əla söhbətimiz keçdi və onu tarixi qələbəsi münasibətilə təbrik etdim”, – Ukrayna lideri deyib.

Zelenski əlavə edib ki, o, Trampla sıx dialoq və əməkdaşlığın inkişafı ilə bağlı razılığa gəlib.

“ABŞ-ın güclü və möhkəm rəhbərliyi sülh və ədalətli dünya üçün həyati əhəmiyyət kəsb edir”, – Zelenski qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.