Britaniya səfiri bir saatlıq söhbətdən sonra Rusiya XİN-i tərk edib

Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyində görüşdən çıxıb.

Azpost.info xəbər verir ki, səfir XİN-ə Britaniya missiyasının əməkdaşının kəşfiyyat fəaliyyətinə görə çağırılmışdı.

Keysi Rusiya XİN-də bir saatdan çox qalıb. O, media nümayəndələrinin suallarını cavablandırmadan binadan uzaqlaşıb.

Qeyd edək ki, Böyük Britaniyanın Rusiyada səfirliyinin ikinci katibi Uiliks Edvard Prior casusluqda ittiham olunaraq “persona-non-qrata” elan edilib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.