Merkelin “Azadlıq” kitabı satış rekordu qırır- Bestsellerlər siyahısında liderdir

Almaniyada keçmiş kansler Angela Merkelin “Azadlıq” adlı memuarlarının satışı ilk həftədə 200 min nüsxəni keçib.

Azpost.info xəbər verir ki, bu, 2024-cü ildə ölkədə nəşr olunan kitablar üzrə rekord sayılır.

Bu barədə Almaniyada kitab bazarının dinamikasını izləyən “Media Control” məlumat yayıb.

“Merkelin “Azadlıq” adlı kitabı noyabrın 26-da satışa çıxarılıb. Artıq ilk günlərdə kitab Almaniyada, eləcə də qonşu İsveçrə və Avstriyada istisnasız bütün bestsellerlər siyahısında birinci yeri tutur”, – “Media Control” bildirir.

“Bu il heç bir kitabda belə ildırım sürəti ilə satışa başlanmayıb”, – şirkət rəhbəri bildirib. Onun sözlərinə görə, bu, keçmiş kanslerin almanlar arasında davamlı populyarlığını əks etdirir.

Şirkətin təhlilinə görə, kişilər Merkelin kitabını qadınlara nisbətən daha çox alırlar (48%-ə qarşı 52%).

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.