Yaşı 60-dan yuxarı olan musiqi müəllimləri də attestasiyaya cəlb ediləcəklər

Əmək qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və yaşı 60-dan yuxarı olan musiqi müəllimləri attestasiya olunmayan işçilərin siyahısına daxil deyil.

Bu barədə mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq attestasiyanın keçirilməsinə 1 ay qalmış işçilərə bildiriş təqdim olunacaq.

Qeyd edilib ki, attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində məktəb direktoruna göndəriləcək.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.