“Vladimir Putinlə ilin yekunları”…- Birbaşa xətt və mətbuat konfransı olacaq

Rusiya prezidenti Vladimir Putinlə birbaşa xətt dekabrın 19-da baş tutacaq.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu, bir neçə Qərb mediasının nümayəndələrinin dəvət ediləcəyi mətbuat konfransı ilə birləşdiriləcək.

“Dekabrın 19-da baş tutacaq. Bu, birləşmiş format olacaq”, – Peskov qeyd edib.

O əlavə edib ki, bu il birbaşa xətt və mətbuat konfransı “Vladimir Putinlə ilin yekunları” adı altında keçiriləcək.

Vətəndaşlardan gələn sualların toplanması dekabrın 7-dən 8-nə keçən gecə baş tutacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.