Lerikdə kəndin icra nümayəndəsi intihar edib

Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.

Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir.

Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.