TƏBİB bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan fasilələrə aydınlıq gətirib

Bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

Bu barədə TƏBİB-in məlumatında qeyd olunub.

Bildirilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.