“Ermənistan-Azərbaycan Delimitasiya Komissiyaları tezliklə bir araya gələcək”- Paşinyan

Ermənistanda və Azərbaycanda delimitasiya komissiyalarının reqlamenti ratifikasiya olunub. Bu isə o deməkdir ki, delimitasiya prosesi davam etdirilməlidir.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

“Düşünürəm ki, delimitasiya komissiyaları sərhədin hansı hissəsində delimitasiyanı davam etdirməyə hazır olduğumuzu müzakirə etmək üçün tezliklə bir araya gələcək. Biz burda konkret, konstruktiv işə köklənmişik”, – Paşinyan vurğulayıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.