Metronun “Sahil” stansiyasında eskalatorun hərəkəti dayanıb, sıxlıq yaranıb

Bakı metrosunun “Sahil” stansiyasında eskalatorlardan birinin hərəkətində fasilə yaranıb.

Bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

O bildirib ki, buna sərnişinlərdən birinin təhlükəsizlik açarını işə salmasının səbəb olduğu ehtimal edilir: “Nəticədə eskalator dayanıb. Belə olduqda digər eskalator qoşulur. Pik saat olduğu üçün stansiyada sərnişin sıxlığı var. Bu da eskalatorun iş rejiminə uyğun olaraq dərhal sərnişin sıxlığı şəraitində bir qədər də sıxlığı artırb. Amma hansısa bir qorxulu məqam yoxdur. Qısa müddət ərzində eskalatorlardan birinin üzü yuxarı, digərinin isə üzü aşağı fəaliyyəti təmin edilib”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.