Şamaxıda yol qəzası olub, xəsarət alan var

Şamaxı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobilin aşması nəticəsində sərnişin, 1997-ci il təvəllüdlü Oqtaylı Mehin İlqar qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Həkimlər M.Oqtaylının vəziyyətini ağır qiymətləndirir, o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.