Qəzada sağ qalanlar arasında qardaşı oğlunu tanıdı:"İlk dəfə idi ziyarətə gəlirdi"

Qazaxıstanda qəzaya uğrayan təyyarənin sərnişinlərindən birinin əmisi İqbal Bayramov bildirib ki, o, bacısı oğlunu sosial şəbəkələrdə təyyarə qəzası yerindən çəkilmiş videoda tanıyıb və sağ olduğunu görüb.

Azpost.info xəbər verir ki, indi həmin şəxs təyyarənin enməli olduğu Qroznı hava limanındadır. Qardaşı oğlu ilk dəfə idi ki, onu ziyarət etmək üçün uçurdu.

İ.Bayramovun sözlərinə görə, 21 yaşlı gənclə sonuncu dəfə səhər tezdən əlaqə saxlayıb, uçmağa hazırlaşdığını deyib.

Bayramov əlavə edib ki, nə edəcəyini hələ başa düşmür: “Hara getmək, hara müraciət etmək lazımdı, bilmirəm. Qazaxıstana getməliyəmmi, onu da bilmirəm. Onunla necə görüşmək olar?”, – Bayramov bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.