Təyyarədə həlak olan Qusarlı bacı-qardaşın valideynləri vəfat edibmiş-FOTO

Bakı-Qroznı təyyarəsinin həlak olan qurbanları arasında Qusardan olan bacı qardaş da var. 
Azpost bildirir ki, 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevlər dünən həmin məşum reysin sərnişinləri arasında olub.
Qusar Qadın Resurs Mərkəzinin əməkdaşı olan 19 yaşlı Xədicə və qardaşının valideynləri dünyasını dəyişibmiş.
Qeyd edək ki, Əlimirzəyeva Xədicə 2022-ci ildə “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin “Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi” komponenti çərçivəsində həyata keçirilən “Dırnaq qaynağı” təliminin iştirakçısı olub. Mərkəzdə həyata keçirilən tədbirlərdə fəal iştirak edib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.