“Kanal 13″ün əməkdaşı Şamo Emin azadlığa buraxılıb

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Emin azadlığa buraxılıb.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, onun həbs müddəti başa çatdığı üçün ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Şamo Emin əvvəl “Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edib.

O, ötən ilin dekabr ayında həbs olunub. Ş.Eminə qarşı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Onunla birlikdə televiziyanın rəhbəri Əziz Orucov da həbs edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.