“Kapital Bankı” ın “BirBank” tətbiqində problem yaranıb.
AzPost bildirir ki, hazırda isə istifadəçilər tətbiqə daxil olduqda profilaktik işlərin aparılması ilə bağlı bildiriş çıxır.
Hazırda yenidən sistemə daxil olduqda əlavə olunmuş kartlar görünmür.
Birbank da tətbiqdə problem olduğunu təsdiqləyib.
Xatırladaq ki, bir neçə gün öncə “Kapital Bank” brendi tam olaraq “Birbank” a keçib.
Kiber hücum da istisna olunmur.
Bir müddət öncə “Birbank” həmçinin SMS bildirişləri üzrə aylıq xidmət haqqını da 1 manatdan 3 manata qaldıracağını elan edib.
**
Bankdan yaranan problemlə bağlı açıqlama verilib:
“Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.
**
“Kapital Bank” Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır. 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb.
11 fevral 1992-ci ildə Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı. Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli sərəncamı ilə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.
29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka “Kapital Bank” adının verilməsi qərara alındı.
“BirKart” ölkənin aparıcı pərakəndə banklarından və ən geniş xidmət şəbəkəsinə malik olan Kapital Bankın kart krediti məhsuludur.
Kart vasitəsilə həm nağd, həm nağdsız, həm də taksit əməliyyatlar həyata keçirmək mümkündür.
BirKart vasitəsilə 3 növdə əməliyyat aparmaq mümkündür: taksit, nağdsız və nağd. Ödəniş intervalı hər ayın 1-10 aralığındadır. Aylıq ödəniş məbləği aşağıdakı kimi hesablanır