Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib

Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun meyiti dünən gecə saat 22 radələrində yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki evində tapılıb.
Belə ki, 1946-cı il təvəllüdlü Bəhram Nütvəli oğlu Mustafabəylinin meyitinin üzərində zorakılıq əlamətləri görünməyib.
Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, B.Çələbi kriminal mövzularda çoxsaylı kitabların müəllifidir. Onun kitabları son illərdə ölkədə ən çox satılan nəşrlər arasında olub.
Şəkidə anadan olmuş B.Çələbi bu rayonda uzun müddət müxtəlif vəzifələrdə çalışıb və 1980 – 1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. O, 1990-cı illərin sonunda Bakıya kömüşdü.

1996-cı ildə Bakıda “Kaspian Oyl” informasiya agentliyində işə başlamış, daha sonralar “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində kriminal mövzuda məqalələr yazıb. “Oğru dunyası” mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı “Diktator Ağakərim”dir. Həmin roman rus dilinə tərcümə olunaraq (“Boq Urala”) oxuculara təqdim edilib.

Daha sonra “Zolotoy mujik”, “Lotu Bəxtiyar” 1, 2 və 3 kitablar, “Dağli Cavanşir”, “Lotular, cayıllar və …”, Sabirabadli Hikmət”, “TT Nəriman”, “Zina Passajskaya” “Rusiya mafiyasının liderləri” romanları işıq üzü görüb. “Sabirabadlı Hikmət” romanı Moskvada 20 min, Azərbaycanda isə 12 min nüsxə satılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.