Arılardan qaçmaq üçün çaya girdi, boğulub öldü

Arılardan qaçmaq
Arılardan qaçmaq
Arılardan qaçmaq üçün çaya girdi, boğulub öldü. Kolumbiyada arı sürüsündən qaçmağa çalışan adam boğulub. AzPost Need To Know kanalına istinadla xəbər verir ki,  Boqota şəhərində (Kolumbiya) 70 yaşlı kişi Afrika arıları sürüsündən qaçmağa çalışarkən çayda boğulub.

“Qatil arılar” kimi də tanınan Afrika bal arıları Sesilio Laqares Lopezə adlı kişi küçədə gedərkən ona hücum ediblər. Qoca arıların əlindən qaça bilməyib və çaya girərərk onlardan xilas olmaq qərarına gəlib. Arılardan qaçmaq üçün o, suya tullanıb və çay onu aparıb.

Hadisə şahidləri xilasetmə xidməti çağırıb. Bir gündın sonra Lopesin cəsədi çaya atıldığı yerdən cənubda tapılıb.

Qeyd edəkki, Lopez arı hücumunun yeganə qurbanı deyil. Boqota sakinlərinin əksəriyyəti həşəratlardan xilas ola bilsə də, bir neçə nəfər hələ də xəstəxanada yatır.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.