Soyuq havada uşaqları çöldə yatızdırmaq olarmı?

açıq havada
açıq havada

1958-ci ildə Moskvada çəkilmiş bu fotoşəkildə o zamanlar Sovet İttifaqında və bir çox Avropa ölkələrində yayılmış təcrübə göstərilir. AzPost bildirir ki, bunun arxasında duran ideya ondan ibarət idi ki, açıq havada, hətta soyuq havada belə yatmaq körpələrin immun sistemini gücləndirir və onların sağlamlığına töhfə verir.

Norveçdə uşaqların immunitetini gücləndirmək üçün soyuqda yatması çox yayılıb.

Norveçdə və bir çox Skandinaviya ölkələrində qışda uşaqların çöldə uşaq arabasında yatması artıq bir mədəniyyətdir. Küçədə gedərkən çox güman ki, qapının qarşısında və ya kafenin qarşısında uşaq arabalarında yatan uşaqları görə bilərsiniz. Analar içəridə qəhvə içərkən, körpələr isə bayırda sakitcə yatır.

Əslində bu cür böyüyən və immuniteti güclənən uşaqlar çox soyuq havada dənizdə çimməyə gedə bilirlər və bədənləri titrəmir.

Norveçlilər deyirlər ki, uşaqlar soyuqdan deyil, virusa görə xəstələnirlər.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.