Çinin Paytaxt Tibb Universitetinin alimləri müəyyən ediblər ki, gündə altı fincandan çox qəhvə içmək ürək çatışmazlığı, koroner ürək xəstəliyi və insult riskini artırır.
AzPost Sfera.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Su, çay və qəhvə dünyanın ən məşhur içkiləridir. Onların istehlakının ürək-damar sağlamlığına necə təsir etdiyini öyrənmək üçün alimlər yarım milyondan çox insanın (210 239 kişi və 251 383 qadın) məlumatlarını təhlil ediblər
Alimlər könüllüləri müşahidə edərkən bütün ürək-damar hadisələrini qeydə alıblar. Tədqiqat zamanı 11 098 iştirakçıda ürək çatışmazlığı, 33 426 nəfərdə koronar ürək xəstəliyi, 9 706 nəfərdə insult aşkarlanıb.
Müntəzəm su istehlakının həm kişilərdə, həm də qadınlarda ürək-damar xəstəlikləri riskini azaltdığı məlum olub.Bunun əksinə olaraq, həddindən artıq qəhvə istehlakı – gündə altı stəkandan çox – həm ürək çatışmazlığı, həm də koroner ürək xəstəliyi və insult riskini artırıb. Həddindən artıq çay istehlakı da ürək-damar xəstəlikləri riskini artırıb.
Alimlər çay və qəhvənin qadınlara daha çox təsir etdiyini qeyd ediblər. Həmçinin məlum olub ki, bu içkilərin qəbul edilməsi içməli suyun qoruyucu təsirini qismən zəiflədir.