Sabah bu universitetlərdə dərslər onlayn olacaq
Sabah qarlı hava şəraiti ilə əlaqədar bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək.
AzPost APA-ya istinadən bildirir ki, sabah Xəzər Universiteti, Azərbaycan Texniki Universitet, Sumqayıt Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, UNEC, Azerbaycan Pedaqoji Universitetlərində, Baki Slavyan Universitetində dərslər onlayn keçiriləcəcək.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatı təsdiqləyib.
Universitetlərin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq sabah dərsə gələ bilməyən tələbələrə güzəşt ediləcək.
Dərsə gəlmiş qruplara isə universitetlərdə dərs həmişəki qaydada təşkil ediləcək.
Gözlənilən hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq yayılıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.
Yollar buz bağlayacaq.