“Bu şəhərdə”nin konsertində qalmaqal
23 fevral 2025-ci ildə Bakıda “Bu şəhərdə”nin konsertində qalmaqal düşüb.
AzPost Bakupost.az-a istinadən bildirir ki, salonda olan bir qadın ərinin başqa bir qadınla tamaşaya gəldiyini görüb.
Bundan sonra dava düşüb. Qadın hucum edərək rəqibi ilə əlbəyaxa olub. Kişi arvadını sakitləşdirməyə çalışsa da alınmayıb. Sarayın mühafizə xidməti məsələyə qarşıb.
Sonradan bəlli olub ki, bu “saçyoldu” “Bu şəhərdə” komandasının imitasiyası olub. Belə ki, “dava edənlər” “Bu şəhərdə” komandasının aktyorlarıdı olublar.
Konsert gələn tamaşaçıların ərli qadının hərəkətinə reaksiyası birmənalı olmayıb.