Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib?– Tam siyahı

Telefon
Telefon

Ötən il ərzində Azərbaycana xarici ölkələrdən 439 milyon 952,7 min dollar dəyərində 1 milyon 509 min 802 ədəd smartfon gətirilib.

AzPost xəbər verir ki, əvvəlki illə müqayisədə ötən il idxal edilən smartfonların miqdarı 19,2% və ya 242 min 763 ədəd artıb.

Məlumat üçün qeyd edək ki, ötən il idxal olunan smartfonların dəyəri əvvəlki illə müqayisədə 10,5% bahalanıb. Belə ki, idxal olunan smartfonların 1 ədədinin orta gömrük dəyəri ötən il 291 dollar (495 manat) olduğu halda, 2023-cü ildə 264 dollar (448 manat) olub.

Azərbaycana smartfonlar ən çox Çindən gətirib. Bu ölkədən Azərbaycana ötən il 1 milyon 200 min 754 ədəd smartfon idxal olunub. Ən az smartfon isə Kanadadan gətirilib. Ötən il ərzində Kanadadan cəmi 2 smartfon idxal edilib.

Ötən il idxal edilən smartfonların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:

Çin – 1 200 754 ədəd (280 dollar);

Vyetnam – 229 799 ədəd (343 dollar);

Hindistan – 74 658 ədəd (265 dollar);

ABŞ – 3 225 ədəd (1 132 dollar);

Birləşmiş Ərəb Əmirlikləri – 416 ədəd (504 dollar);

Yaponiya – 321 ədəd (1 056 dollar);

İndoneziya – 195 ədəd (238 dollar);

Koreya – 117 ədəd (1 034 dollar);

Ukrayna – 108 ədəd (1 127 dollar);

Sinqapur – 59 ədəd (1 116 dollar);

Yamayka – 43 ədəd (1 020 dollar);

Tailand – 40 ədəd (633 dollar);

Fransa – 26 ədəd (466 dollar);

Malayziya – 17 ədəd (1 526 dollar);

Almaniya – 11 ədəd (1 838 dollar);

Qətər – 6 ədəd (875 dollar);

Avstriya – 5 ədəd (880 dollar);

Kanada – 2 ədəd (1 135 dollar).

©yeniavaz

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.